İstifadəçi qaydaları Datacity şirkəti tərəfindən rəsmi olaraq təyin edilmişdir. Saytdan istifadə etmək, xidmətlərdən yararlanmaq üçün bu qaydaları qəbul edir və haqlarınız haqqında məlumatlı olursunuz.
Hesab
Datacity şirkəti tərəfindən tərtib edilmiş istifadəçi qaydalarına əsasən bir sıra xidmətlərdən istifadə edə bilməniz üçün hesab yaratmalı və özünüz haqqınızda olan məlumatları bu hesaba qeyd etməlisiniz. Doğum tarixi, şirkət, vəzifə və haqqımda hissəsinin yazılması qeyri-məcburidir.
Bloq | Müəllif hüquqları
İstifadəçi hesabı olmadığı təqdirdə bloq funksiyasında öz məqalələrini paylaşa bilməz. Məqalə paylaşarkən bir sıra məqamlara diqqət yetirilməlidir.
- Bunlardan ən önəmlisi müəllif hüquqları ilə bağlıdır. Referans verilmədən başqa şəxslərin məqalələrinin paylaşılması qadağandır. Bu halda məqalə saytda dərc olunmur.
- Azərbaycan dilinin qrammatik normalarına uyğun olmayan formada yazılmış, texniki səhvlərə sahib olan, Datacity-nin fəaliyyət göstərdiyi industriyaya aid olmayan mövzulardakı məqalələr də saytda yerləşdirilə bilməz. Əgər məqalənin örtük şəkili 1080x540 ölçüsündən çox olduğu, keyfiyyət və yaxud müəllif hüquqları problemlərinə sahib olduğu təqdirdə tərəfimizdən dəyişdirilir.
- Məqalənin adı 96 simvoldan çox olmamalıdır.
- Məqalənizə uyğun kateqoriya olmadığı təqdirdə yeni kateqoriya əlavə edə bilərsiniz. Lakin əlavə etdiyiniz kateqoriya çox spesifik hesab olunduqda, yaxud tərəfimizdən məqaləniz var olan kateqoriyalardan birinə uyğun hesab edildiyi halda məqalənizə təklif etdiyiniz kateqoriya qəbul edilməyəcək və uyğun görüldüyü var olan kateqoriyaya aid ediləcəkdir.
- Məqalələr sizin tərəfinizdən təstiqləndikdən sonra 3 status mərhələsindən keçə bilir. Məqalə təstiqlənən kimi “yoxlanılır” statusuna keçir. Məqaləniz bizim mütəxəssislər tərəfindən incələnəcərək şərtlərə uyğun gəldiyi təqdirdə “dərc olundu” statusuna, əksi təqdirdə isə “qəbul olunmadı” statusuna keçir.
- Məqalənizə gələcək bəyənmə, rəy və statlar haqqında məlumat bildiriş kimi hesabınıza göndərilir.
- Məqalələrin yenilənməsi halı baş verdiyi təqdirdə, məqaləniz “dərc olundu” statusundan avtomatik olaraq “yoxlanılır” statusuna keçirilir. Etdiyiniz dəyişikliklər tərəfimizdən pozitiv olaraq dəyərləndirildiyi halda sizə verilən statlarda atım halı baş verə bilir.
Podkast
Müəllif hüquqlarına zidd bir şəkildə podkastların Datacity referansı olmadan başqa sayt, sosial media hesablarında paylaşılması qadağandır. Bu hall ilə rastlaşdıqda rəsmi şəkildə əks-tədbirlər tərəfimizdən görüləcəkdir.
Müəllif hüquqları
Məqalərin kontentinin, örtük şəklinin seçilməsində, podkastların paylaşılmasında müəllif hüquqlarının pozulması yolverilməzdir. Bu hal aşkarlandığı təqdirdə Azərbaycan Respublikası Dövlət Qanunvericiliyinin əsasında tədbirlər görüləcəkdir.
Abunəlik
Siz datalarınızı öz ricanızla bizimlə bölüşərək Datacity xidmətlərindən yararlanmaq, endirim və yeni xəbərlərdən anında xəbərdar olmaq istədiyinizi bildirirsiniz. Bizə təqdim etdiyiniz məlumatlarınız Məxfilik siyasətində qeyd edildiyi kimi 3-cü şəxslərlə paylaşılmayaraq məxfiliyi təmin olunur.
Kupon və statlar
Sizə şirkət tərəfindən təqdim olunan endirim kuponları 3 həftə müddətində qüvvədədir, son istifadə tarixi aşılmış olan kupon vasitəsilə endirimdən yararlanmaığınız mümkün deyil. Yazdığınız məqalələr sayəsində qazandığınız statlara uyğun endirimlər də eynilə kuponlarda olduğu kimi 3 həftə ərzində qüvvədə olur. Stat sayında görə qazandığınız endirim hesabınızda bildiriş olaraq göstəriləcəkdir.