Giriş və ümumi məlumat                            

Məxfilik Siyasəti https://datacity.az/ saytının Datacity.az şirkətinə məxsus olduğunu və tənzimləndiyini sübut edir, sayta girişinizi tənzimləyir və xidmətimizdən istifadəniz nəticəsində datanın necə topladığımızı, qoruduğumuzu izah edir. Datacity.az komandası olaraq, biz sizin məxfilik hüquqlarınıza hörmətlə yanaşdığımıza görə saytımıza bu bölməni əlavə etmişik. 

Bu Məxfilik Siyasəti yalnız bizim təklif etdiyimiz xidmətlərə şamil edilir və bizim nəzarət etmədiyimiz, idarə etmədiyimiz və ya işləmədiyimiz şəxslərin, şirkətlərin, veb-səhifələrin etdiklərinə görə məsuliyyət daşımırıq. 

Lütfən, xidmətlərdən və saytdan istifadə Məxfilik Siyasətimiz ilə tənzimləndiyinə görə sizin bəndlərlə yaxından tanış olmağınız xahiş olunur. Bizim Məxfilik Siyasətimizlə razı olduğunuz təqdirdə bizim xidmətlərimizdən istifadə etməyiniz xahiş olunur.

Bizə hər hansı bir məlumatları təqdim etməklə və Məxfilik Siyasətimiz ilə razılaşmaqla sizin məlumatların Məxfilik Siyasətinə uyğun olaraq və qanunla icazə verilən qaydada toplaya biləcəyimizi, istifadə edəcəyimizi, açıqlayacağımızı və saxlayacağımızı qəbul edirsiniz. Əgər siz təqdim olunacaq şərtlərlə razı deyilsinizsə, xahiş edirik ki, heç bir informasiyanızı qeyd edib bizimlə bölüşməyin.

 

Biz sizin hansı məlumatlarınızı toplayıb qoruyuruq?

 

Bizə birbaşa təqdim etdiyiniz sizinlə bağlı olan müxtəlif məlumatları toplayıb qoruyuruq. Ümumiyyətlə, sizdən məlumatları aşağıdakı bəndlər üzrə toplanır:

 

  • Bizim təklif etdiyimiz hər hansısa bir aktiv təlim (distant və ya əyani) üçün qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxladığınız zaman 
  • E-poçt yeniləmələri üçün qeydiyyatdan keçdikdə
  • İstək və ya suallarınızı zəng və ya e-poçt vasitəsilə bizə ünvanlandıqda
  • Müştəri dəstəyi və texniki yardım tələb olunan zaman bizə müraciət etdikdə
  • Saytımızın bloq hissəsində məqalə yazmaq üçün qeydiyyatdan keçdikdə 

 

Birbaşa sizdən topladığımız məlumat növlərinə aşağıdakılar daxildir:

 

  • Ad, ünvan, şəxsiyyət vəsiqənizin seriya nömrəsi, telefon nömrəsi və e-poçt ünvanı
  • Bizim məhsullarımızdan yararlandığınız təqdirdə sizinlə bağlı olan satış əməliyyatları toplanılır. Amma xahiş edirik ki, nəzərinizdə saxlayasınız ki, maliyyə hesabları ilə bağlı məlumatları toplamırıq, saxlamırıq və 3-cü şəxslərə ötürmürük. 
  • Cinsiniz, sosial-iqtisadi vəziyyətiniz və digər şəxsi məlumatlar kimi demoqrafik məlumatları
  • Təhsil və iş təcrübəsi, ilkin məlumat, hədəfləriniz və digər məlumatlar daxil olmaqla hər hansı bir müraciət və ya qəbul prosesi ilə əlaqədar bizə verdiyiniz məlumatlar
  • Karyera xidmətləri ilə əlaqədar təqdim etdiyiniz məlumatlar, məsələn, işə düzəltmə məlumatları, karyera hədəfləri, iş təcrübəsi və digər məlumatlar
  • Saytın bloq hissəində məqalə yazmaq üçün qeydiyyatdan keçdiyiniz təqdirdə adınız, e-poçt ünvanınız, doğum tarixi, işlədiyiniz şirkət, vəzifəniz 
  • Təklif edə biləcəyimiz hər hansı bir müraciət proqramı ilə əlaqədar sizin haqqınızda üçüncü şəxslərdən məlumat
  • Xidmətlərimizdən istifadənizlə əlaqəli olaraq bizə birbaşa təqdim etməyi seçdiyiniz digər məlumatlar



Biz toplanılmış məlumatları necə istifadə edirik?

 

Biz toplanılmış informasiyaları növlərindən asılı olaraq fərqli məqsədlərlə istifadə edirik:

 

  • Sizə xidmətlərlə bağlı məlumatların göndərilməsində
  • Sizin ünvanladığınız sualların cavablandırılması zamanı 
  • Kurs zamanı davamiyyətin, imtahanlar və quzilər, layihələr zamanı iştirakın izlənilməsi zamanı
  • Modul ərzində olan imtahanlarda qoyulmuş qayda və tələblərə riayət edilməsini nəzarətdə saxlamaq məqsədilə
  • Datacity və üçüncü tərəf şəxslərin təklif etdiyi xidmətlərlə bağlı anketlər, tədqiqat işləri, xüsusi tədbirlər və sizin üçün maraqlı ola biləcəyini düşündüyümüz digər mövzularla əlaqədar e-poçt, və ya telefonla əlaqə saxlanan zamanı
  • Təqdim etdiyimiz xidmətlərin məzmunun fərdiləşdirildikdə
  • Bizim sizə təqdim etdiyimiz xidmətlərin daha da inkişaf etdirilməsi və sizin maraqlarınızı və ehtiyaclarınızı daha yaxşı başa düşməyimizə imkan yaratmağı üçün

 

Sizin hüquqlarınız

 

Mövcud qanunvericiliklə müəyyən edilmiş qanuni hüquqlarınızla əlaqəli əlavə məlumatla tanış olmaq istəsəniz, xahiş edirik ki, istənilən vaxt aşağıdakı "Əlaqə" bölməsindəki məlumatlardan istifadə edərək bizimlə əlaqə saxlayın.

 

Qanunvericiliyin qərarlarına əsasən:

 

  • haqqınızda saxladığımız müəyyən məlumatlara giriş və ya surətini təmin etmək
  • birbaşa marketinq məqsədləri üçün məlumatlarınızın işlənməsinin qarşısını almaq (profilinizə əsaslanan hər hansısa birbaşa marketinq işlənməsi daxil olmaqla)
  • köhnəlmiş və ya səhv məlumatları yeniləmək
  • sizin haqqınızda saxladığımız müəyyən məlumatları silmək
  • məlumatlarınızın müəyyən şəkildə işləməsini məhdudlaşdırmaq
  • məlumatlarınızın işlənməsi üçün razılığınızı ləğv etmək

 

Sizi əmin edə bilərik ki, sizin bütün istəklərinizi nəzərdən keçirəcəyik və cavabımızı müvafiq qanunla müəyyən edilmiş müddət ərzində təqdim edəcəyik. Xahiş edirik, unutmayın ki, lakin bəzi hallarda qanuni mənafeləriniz üçün məlumatlarınızı emal etməyə davam etməli olduğumuz və ya qanuni bir öhdəliyə riayət etməyimiz lazım olduqda müəyyən məlumatlar bu cür istəklərdən azad edilə bilər.

Belə bir istək verdiyiniz zaman sorğunuzun doğrulanmasına və saxta məlumatların və məlumatların silinməsi ilə bağlı istəklərinin yerinə yetirilməsi üçün bizə kömək edəcək müəyyən məlumatları tələb edirik. Konkret olaraq isə aşağıda qeyd olunan  məlumatları verməyinizi xahiş edirik:

 

  • Aktiv e-poçt ünvanınız;
  • Hal-hazırda və ya daha əvvəl qeydiyyatdan keçmiş olduğunuz kurs və ya təlimlər;
  • İstifadəçi Hesabının qeydiyyat tarixi;
  • Nəzərdən keçirtmək istədiyiniz məlumat(lar);
  • Hal-hazırda yaşadığınız ölkə; və
  • Tələbinizdəki bütün məlumatların həqiqətə uyğun olduğunu və sahibinin siz olduğunza dair təsdiq

 

Şərtlərə və tələb etdiyiniz məlumatlara əsasən, aldığımız nəticəyə görə əlavə yoxlama metodları tələb edə bilərik.

 

Biz sizin datanı necə qoruyuruq?

 

Məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini son dərəcədə vacib hesab edirik. Datacity.az olaraq, məlumatlarınızı üçüncü tərəflərə açıqlanmaqdan və ya onlara daxil olmaqdan qorumaq üçün müxtəlif texniki, inzibati və fiziki tədbirlər görürük. Xahiş edirik, unutmayın ki, heç bir internet ötürülməsi və ya saxlama metodu tamamilə təhlükəsiz olmadığından, məlumatların təhlükəsizliyinə zəmanət vermirik. 

 

Məxfilik Siyasətimizdə ola biləcək dəyişikliklər

 

Xahiş edirik unutmayın ki, Məxfilik Siyasətimizi vaxtaşırı nəzərdən keçirib, bəzi hissələrini dəyişdirə bilirik. Ola biləcək hər hansısa bir dəyişiklik veb saytlarımızda yerləşdirildikdən dərhal sonra qüvvəyə minəcəkdir. Sənədin əvvəlinə daxil edilmiş “Qüvvəyə minmə tarixi”-ni yoxlayaraq onu son nəzərdən keçirdiyiniz vaxtdan bəri dəyişikliklərin əlavə olunub-olunmamasını bilə bilərsiniz. Məxfilik Siyasətində əhəmiyyətli bir dəyişiklik daxil edilərsə, qanuni tələblərə uyğun olaraq sizə bildiriş əlaqə vasitəsi yolu ilə göndəriləcəkdir. Xidmətlərdən istifadəyə davam etməklə, bu Məxfilik Siyasətinin son versiyasını oxuduğunuzu və başa düşdüyünüzü təsdiqləyirsiniz. Bu Məxfilik Siyasətinin ən son versiyası ilə tanış olmaq üçün vaxtaşırı bu səhifəyə qayıtdığınızdan əmin olun.